Trampın onun impiçmenti barədəki yeni tələblərə cavabı
https://azeri.sahartv.ir/news/dünya-i349209-trampın_onun_impiçmenti_barədəki_yeni_tələblərə_cavabı
Amerika prezidenti Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbətindən sonra onun impiçmenti barədəki yeni tələblərə cavab verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2019 04:31 Asia/Baku
  • Trampın onun impiçmenti barədəki yeni tələblərə cavabı
    Trampın onun impiçmenti barədəki yeni tələblərə cavabı

Amerika prezidenti Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbətindən sonra onun impiçmenti barədəki yeni tələblərə cavab verib.

Donald Tramp onun impiçment edilməsi üçün konqresmenlərə təzyiqlərin göstərilməsinə cavab olaraq deyib: Ukrayna prezidenti ilə nöqsansız danışıqlar apardıq. Hamı bunu bilir və bu impiçment məsələsi demokratların təzyiqidir.

Tramp əlavə edib: Demokratlar Rusiya macərasında və durğunluq məsələsində bir iş görə bilmədilər. Bütün hər şeydə məğlub oldular. İndi bu məsələni irəli sürüblər.

Cümə günü məlum oldu ki, Tramp iyul ayında Ukrayna prezidenti ilə telefon söhbətində ondan istəyibdir ki, Ağ Ev-in Kiyevə hərbi dəstək verməsi üçün Amerikanın keçmiş prezidenti Barak Obamanın müavini olmuş Co Baydenin ozamankı Ukrayna hökuməti ilə əlaqələri barədə təhqiqata başlasın.

Donald Tramp bu iddianı rədd edib və bunu gülünc bir ittiham adlandırıbdır.