Okt 01, 2019 08:06 Asia/Baku
  • Pxenyan: ABŞ nüvə müzakirələrinin dayanması amilidir
    Pxenyan: ABŞ nüvə müzakirələrinin dayanması amilidir

Şimali Koreyanın BMT-dəki nümayəndəsi Amerikanın sədaqətsizliklərini iki ölkə arasında nüvə müzakirələrinin dayanmasının amili adlandırıb.

Kim Sen BMT Baş Məclisinin sessiyasında deyib: Amerika və Cənubi Koreyanın öz öhdəliklərinə əməl etməmələri və iki ölkənin bölgədə çoxlu sayda manevr keçirilməsi Koreya yarımadasında nüvə müzakirələrinin davam etməsinə maneədir.

Şimali Koreyanın BMT-dəki nümayəndəsi əlavə edib: Koreya yarımadasının vəziyyəti elədir ki, artmaqda olan gərginliklər dövriyyəsindən çıxmayıb və bu məsələ Amerikanın siyasi və hərbi təhrikedici hərəkətlərindən irəli gəlir.

Şimali Koreyanın lideri Kim Çen In və Amerika prezidenti Donald Tramp 2018-ci ilin iyunundan bəri üç dəfə Sinqapur, Vyetnam, həmçinin Şimali və Cənubi Koreyaların müştərək sərhədində görüşüblər, amma iki tərəfin müzakirələri hələ bir nəticəyə çatmayıb və dayanıbdır.

 

Teqlər