Demokratlar: Ağ Ev-i sənəd təqdim etməyə məcbur edəcəyik
https://azeri.sahartv.ir/news/dünya-i349822-demokratlar_ağ_ev_i_sənəd_təqdim_etməyə_məcbur_edəcəyik
ABŞ konqresinin nümayəndələr palatasının demokrat üzvləri təhdidlə bildiriblər ki, Ağ Ev-i bu ölkə prezidentinin rüsvayçlılıq işi ətrafında sənədlər təqdim etməyə məcbur edəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2019 05:15 Asia/Baku
  • Demokratlar: Ağ Ev-i sənəd təqdim etməyə məcbur edəcəyik
    Demokratlar: Ağ Ev-i sənəd təqdim etməyə məcbur edəcəyik

ABŞ konqresinin nümayəndələr palatasının demokrat üzvləri təhdidlə bildiriblər ki, Ağ Ev-i bu ölkə prezidentinin rüsvayçlılıq işi ətrafında sənədlər təqdim etməyə məcbur edəcəklər.

Amerika konqresinin nümayəndələr palatasının demokrat üzvləri dünən bildiriblər ki, Ağ Ev-i demokrat partiyasının 2020-ci il Amerika prezident seçkilərinin ilkin mərhələsinə namizədi Co Bayden barədə təhqiqat üçün Ukraynaya təzyiq üzrə hər cür səylə bağlı sənədlər təqdim etməyə məcbur edəcəklər.

ABŞ konqresinin nümayəndələr palatasının demokratları həmçinin xəbərdarlıq ediblər ki, nümayəndələr palatası bir neçə dəfə bununla bağlı sənədləri əldə etməyə çalışıb, amma Ağ Ev bu işdən çəkinib və hətta parlamentin xahişinə belə cavab verməyibdir.

Amerika konqresinin demokrat əksəriyyətli nümayəndələr palatası Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbətini ifşa etdikdən sonra rəsmi şəkildə bu ölkə prezidentinin impiçmenti üzrə ilkin təhqiqatlara başlayıbdır.