Tramp-ın impiçment təhqiqatı ilə əlaqədar konqresdən Ağ Evə çağırış
https://azeri.sahartv.ir/news/dünya-i349938-tramp_ın_impiçment_təhqiqatı_ilə_əlaqədar_konqresdən_ağ_evə_çağırış
ABŞ Konqresinin Nümayəndələr Palatası Tramp-ın impiçment təhqiqatı ilə əlaqədar Ağ Ev üçün çağırış vərəqəsi çıxarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2019 09:31 Asia/Baku
  • Tramp-ın impiçment təhqiqatı ilə əlaqədar konqresdən Ağ Evə çağırış

ABŞ Konqresinin Nümayəndələr Palatası Tramp-ın impiçment təhqiqatı ilə əlaqədar Ağ Ev üçün çağırış vərəqəsi çıxarıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsi Ağ Ev üçün çağırış vərəqəsi çıxararaq, Tramp-ın impiçment təhqiqatı ilə əlaqədar sənədlərin iki həftə ərzində təqdim olunmasını istəyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi sentyabrın 25-də Tramp-ın Ukrayna prezidenti Vladimir  Zelenski ilə telefon danışığındakı məsələlər görə prezident Donald Trump-ın impiçmenti ilə bağlı təhqiqatın başlandığını rəsmi şəkildə elan etdi.

Həmin telefon danışığında Tramp 2020-ci il Amerika prezident seçkilərində ehtimal üzrə əsas rəqibi olacaq Co Baydenin oğlu Hunter Baydenin məhkəmə işi barədə fikir bildirməsi üçün Ukrayna prezidentinə təzyiq göstərməyə çalışmışdı.