Avropa Birliyinin bir qrup xarici işlər naziri Tükiyəyə qarşı silah embarqosuna dəstək verib
Avropa Birliyinin başçıları NATO üzvlərindən olan Türkiyəyə qarşı silah embarqosunu şiddətləndirmək üçün yollar axtarırlar.
Jan İv Le-Drian bu gün Lüksemburqda Avropa Birliyinin xarici işlər nazirlərinin iclasından sonra Türkiyənin Suriyanın şimalına qarşı hücumunun nəticələri barədə xəbərdarlıq edib və vurğulayıb ki, Türkiyənin Suriyanın şimalına qarşı hücumları dayandırılmalıdır, zira bu hücumların İŞİD-in yenidən baş qaldırması təhlükəsi var.
İsveç, Norveç və Hollandiya da bundan öncə Türkiyəyə silah ixracının dayandırılmasını istəmişdilər.
Ankaranın/ üzvü olmaq istədiyi Avropa Birliyi/ Türkiyənin Suriyanın şimal-şərqində kürd yarımhərbçilərə qarşı aviasiya və artilleriya hücumlarını pisləyibdir.
Bu birlik həmçinin Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın didərginləri Avropaya axıtmaq barədəki təhdidindən hiddətlənibdir.