Okt 26, 2019 21:29 Asia/Baku
  • Çilidə hökumət əleyhinə geniş aksiyalar keçirilib
    Çilidə hökumət əleyhinə geniş aksiyalar keçirilib

Bir milyondan çox Çili vətəndaşı nümayişlər keçirərək hökumətə meydan oxuyub.

Bir milyondan çox Çili vətəndaşı sosial bərabərsizliyə etiraz olaraq Santyaqoda aksiya keçirib.

Çilidə görünməmiş etiraz dalğasının başlanmasından bir həftə sonra iğtişaşlar hələ də davam edir.

Santyaqonun qubernatoru Karla Rubiların dediyinə görə, Santiaqoda və ölkənin başqa yerlərində bir milyondan çox insan aksiyalarda iştirak edib.

Çilinin mühafizəkar prezidenti Sebastian Pinera bir tvitt-də etirazçıların ismarıcını eşitdiyini bildirib.

Əllərində Çili bayraqlarını tutan etirazçılar Augusto Pinoçetin diktaturası dövründə rəvac tapmış xalq nəğmələrini oxuyublar.

Nəqliyyat qiymətinin artması Çili etirazlarının əsas amili olubdur.

Bu layihə dayandırılsa da xalqın hiddəti azalmayıbdır.

 

Teqlər