Fransanın islamofob siyasətləri davam edir
https://azeri.sahartv.ir/news/dünya-i351380-fransanın_islamofob_siyasətləri_davam_edir
Fransa senatı bu ölkədə islamofob siyasətin davamında müsəlman qadınların hicabının qadağan olunması layihəsini araşdırmaq sırasına çıxarıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2019 08:56 Asia/Baku
  • Fransanın islamofob siyasətləri davam edir

Fransa senatı bu ölkədə islamofob siyasətin davamında müsəlman qadınların hicabının qadağan olunması layihəsini araşdırmaq sırasına çıxarıbdır.

Fransa senatı dünəndən etibarən bir layihəni araşdırmaqdadır. Bu layihə müsəlman anaları məktəb kimi məkanlarda öz hicablarını götürməyə məcbur edir.

2005-ci ildə qəbul olunmuş qanuna əsasən də qız məktəblilərə məktəblərdə hicabdan istifadə qadağan edilibdir.

Bununla belə, ötən həftələrdə Fransada müsəlman qadınların hicabı üstündə bir çox bəhslər edilibdir.

Bəzi müşahidəçilər inanırlar ki, məktəblərdə müsəlman anaların hicablarının qadağanı layihəsi Fransa parlamentində qəbul olunmaq və qanuna çevrilmək üçün az şansa malikdir.