Almanlar Türkiyənin NATO-dan çıxmasına maraqlıdırlar
https://azeri.sahartv.ir/news/dünya-i351390-almanlar_türkiyənin_nato_dan_çıxmasına_maraqlıdırlar
Almaniyada aparılan rəy sorğusu göstərir ki, bu ölkə xalqının əksər hissəsi Türkiyənin NATO-dan qovulmasını istəyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2019 16:28 Asia/Baku
  • Almanlar Türkiyənin NATO-dan çıxmasına maraqlıdırlar

Almaniyada aparılan rəy sorğusu göstərir ki, bu ölkə xalqının əksər hissəsi Türkiyənin NATO-dan qovulmasını istəyir.

DPA xəbər agentliyinin sifarişi ilə Yuqav müəssisəsi tərəfindən aparılan və nəticəsi çərşənbə axşamı günü elan olunan rəy sorğusu göstərir ki, almanların 58%-i Suriyaya hücum etdiyi üçün Türkiyənin NATO-dan qovulmasını istəyir.

Respondentlərin təkcə 18%-i Türkiyənin NATO-dan qovulmasının əleyhinə çıxıbdır.

Yeni rəy sorğusu göstərir ki, Türkiyənin iqtisadi cəhətdən boykot edilməsi və bu ölkəyə ixracatın qadağan olunması almanların güclü dəstəyinə malikdir.