Noy 11, 2019 10:43 Asia/Baku
  • Parisdə anti-islamofobiya aksiyası
    Parisdə anti-islamofobiya aksiyası

Fransanın cənub-qərbində bir məscidə qarşı hücumdan sonra Parisdə anti-islamofobiya aksiyası keçirilib.

Bu aksiya dünən “İslamofobiya ilə mübarizə” qrupunun çağırışı ilə keçirilib. Aksiyada məqsəd, Fransa xüsusiyyət təşkil etməklə Avropadakı islami mərkəzlərə və müsəlmanlara qarşı günbəgün artan hücumlara və  islamofobiyanın şiddətlənməsinə etiraz olubdur.

Aksiyanın iştirakçıları Fransa müsəlmanlarına qarşı nifrətyayma dalğası ilə ciddi mübarizənin edilməsini istəyiblər.

Silahlı bir şəxs oktyabrın 28-də Fransanın cənub-qərbindəki Bayon şəhərində yerləşən bir məscidə hücum etdi. Nəticədə iki nəfər yaralandı.

Fransa Avropa ölkələri arasında ən çox müsəlman vətəndaşa malik olan bir ölkədir. Belə bu ölkənin 67 milyon nəfərlik əhalisinin beş milyon nəfərdən çoxu müsəlmandır.

 

Teqlər