Fransanın Lion universitetində böhran davam edir
Fransa tələbələri bu ölkənin Lion universitetindəki böhranlı duruma qarşı öz etirazlarını davam etdirirlər.
Fransa tələbə birlikləri Lion universitetindəki şəraitə qarşı etirazlarını davam etdirirlər.
Noyabrın 8-də Lion universitetində bir tələbənin özünü yandırmasından sonra universitet 60 etirazçı tələbə tərəfindən ələ keçirildi.
Bu işğal xüsusi təyinatlı polis qüvvələrinin müdaxiləsilə başa çatsa da universitetdəki böhran səngimək bilmir.
Fransa tələbə birlikləri bildiriblər ki, bu ölkə universitetlərinə hakim kəsilmiş şərait tələbələr arasında gələcəyə qarşı dərin əmin-amansızlıq hissinin yaranmasına bais olubdur.
Özünü yandırmış tələbə bundan öncə Facebook-da yaydığı məktubda maliyyə problemləri, Fransa prezidenti Emmanuel Makronun siyasətlərinə etiraz, eləcə də Avropa Birliyini özünü yandırmaq üçün bir məqsəd elan etmişdi.
O, hazırda təqribən 90 faiz yanıqla son dərəcə böhranlı şəraitdədir.
Fransada tələbə birliklərinin nümayəndələri və hüquq fəalları deyiblər ki, xəstəxana başçıları çərşənbə axşamı günündən bəri bu tələbənin durumu haqda bir xəbər yaymayıblar.