London konfransının iştirakçıları NATO-nun buraxılmasına çağırıblar
https://azeri.sahartv.ir/news/dünya-i353108-london_konfransının_iştirakçıları_nato_nun_buraxılmasına_çağırıblar
Şimali Atlantika Müqaviləsi Təşkilatı NATO-nun Londonda keçiriləcək illik iclası ərəfəsində anti-müharibə və nüvə silahlarının məhv edilməsi uğrunda mübarizə aparan fəallardan ibarət bir qrup "Yeni ümumdünya balans pozuntusu" adlı konfransda NATO-nun buraxılmasına çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2019 06:31 Asia/Baku
  • London konfransının iştirakçıları NATO-nun buraxılmasına çağırıblar
    London konfransının iştirakçıları NATO-nun buraxılmasına çağırıblar

Şimali Atlantika Müqaviləsi Təşkilatı NATO-nun Londonda keçiriləcək illik iclası ərəfəsində anti-müharibə və nüvə silahlarının məhv edilməsi uğrunda mübarizə aparan fəallardan ibarət bir qrup "Yeni ümumdünya balans pozuntusu" adlı konfransda NATO-nun buraxılmasına çağırıb.

İRNA-nın verdiyi məlumata görə, bu konfransın iştirakçıları NATO-nu militarist və irqçi təşkilat adlandırıblar. 

Konfransın natiqləri həmçinin Britaniyanın mühafizəkar hökumətini islamofobiyada ittiham ediblər. 

Konfransın sonunda NATO və müharibəyə qarşı mübarizələrin davam etdiriləcəyi vurğulanıb. 

Həmçinin anti-müharibə fəallarının ABŞ prezidenti Donald Trampın Londona səfərinə etiraz əlaməti olaraq çərşənbə axşamı günü yürüş keçirəcəkləri qərara alınıb. 

NATO-nun illik sammiti dekabrın 3-4-də Londonda keçiriləcək.