Dek 12, 2019 12:09 Asia/Baku
  • Əlcəzairlilər seçkilərin keçirilməsinə etiraz olaraq aksiya keçiriblər
    Əlcəzairlilər seçkilərin keçirilməsinə etiraz olaraq aksiya keçiriblər

Əlcəzair vətəndaşları mübahisəli prezident seçkiləri ərəfəsində bu səsverməyə qarşı aksiya keçiriblər.

Minlərlə Əlcəzair vətəndaşı bu ölkənin paytaxtında keçirlən həmin aksiya gedişində “qruplaşmaların olmasına rəğmən, seçkilərə-yox!” və “hərbi deyil, qeyri-hərbi hökumət!” kimi şüarlar verib.

Etirazçılar sabiq rejimdən asılı olan şəxsiyyətlərin iştirakı ilə seçkilərin keçirilməsini pisləyiblər.

Əlcəzairin təhlükəsizlik qüvvələri paytaxtın böyük prospektləri və meydanlarına gələrək, yürüş iştirakçılarının mərkəzi poçt meydanına daxil olmalarını əngəlləyiblər.

Əlcəzair prezident seçkiləri bu gün keçiriləcək. Müxaliflərin nöqteyi-nəzərincə, ölkənin əsas qanun şurası tərəfindən səlahiyyəti təsdiq olunmuş hər beş namizəd Butəfliqənin tabeliyində olan şəxslərdəndir və bu şəxsiyyətlərin ölkənin icra hakimiyyətində iştirakı keçmiş siyasi sistemə qayıdışa gətirib çıxaracaqdır.

 

 

Teqlər