Fransada pensiya sisteminin islahatına etirazlar davam edir
https://azeri.sahartv.ir/news/dünya-i353978-fransada_pensiya_sisteminin_islahatına_etirazlar_davam_edir
Fransa hökumətinin bu ölkənin pensiya sistemindəki islahatlarına qarşı aksiyalar davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2019 04:16 Asia/Baku
  • Fransada pensiya sisteminin islahatına etirazlar davam edir
    Fransada pensiya sisteminin islahatına etirazlar davam edir

Fransa hökumətinin bu ölkənin pensiya sistemindəki islahatlarına qarşı aksiyalar davam edir.

Etirazçılar dünən Fransanın baş naziri Edvard Filippin bu ölkədə pensiya sisteminin islahatının məzmununu müdafiə istiqamətindəki sözlərindən sonra Parisin Nasion meydanından Repablik meydanınadək yürüş keçiriblər.

Fransanın qərbində yerləşən Nant şəhəri əhalisinin aksiyası toqquşma ilə müşayiət olunub.

Polis qüvvələri çox sayda aksiyaçını dağıtmaq üçün gözyaşardıcl qaz buraxıblar ki, bu da toqquşmaya gətirib çıxarıbdır.

Fransa hökuməti büdcə kəsirinin əvəzini çıxmaq üçün pensiya sisteminin qaydalarında dəyişikliklər aparmaq niyyətindədir ki, bu da təqaüdçülərin maaşlarının azaldılmasına və xidmət müddətinin artırılmasına şamil olur.

Fransa hökuməti bildiribdir ki, təhsil və ümumi səhiyyə bölmələrində də qüvvələri azaltmağa üz tutubdur.

Fransa hökumətinin bu siyasətlərinə etiraz olaraq, ötən günlərdə bütün Fransanı aksiya və tətillər bürüyüb.

Fransada dövlət və özəl sektorların işçilərindən bir neçə milyon nəfər ümumölkə tətil və aksiyalarında iştirak edir.