Dek 14, 2019 15:44 Asia/Baku
  • Pentaqonda bir gün fasilə ilə iki istefa baş verib.

ABŞ müdafiə nazirinin köməkçisinin istefasından sonra, onun Pentaqonun hazırlıq məsələləri və işçiləri üzrə müavini də istefa verib.

Fars Agentliyinin məlumatına əsasən, Cimmi Stuart ABŞ müdafiə nazirinin Pentaqonun hazırlıq məsələləri və işçiləri üzrə müavini iki ildən az  bu vəzifədə fəaliyyətdən sonra, cümə günü ayrılma qərarı verdiyini bildirib.

Amerikanın müdafiə naziri Mark Esper bir bəyanatda  köməkçisinin istefa səbəblərini açıqlamadan onun istafasını qəbul etdiyini elan edib.

Stuartın istefa xəbəri, 2018-ci ilin yanvarından ABŞ Müdafiə Nazirliyinin Asiya-Okeaniya təhlükəsizlik məsələləri üzrə köməkçisi Randall Şriverin istefasının, cümə axşamı günü, Pentaqon tərəfindən təsdiq edildikdən bir gün sonra yayılıb.

Stuart  2018-ci ilin oktyabrından müdafiə nazirinin insan resursları və ehtiyat qüvvələri üzrə köməkçisi olaraq fəaliyyət göstərirdi.

Amerika müdafiə nazirinin bəyanatına əsasən, bu nazirliyin Hava qüvvələrinin müavini Mattiv Donovan müvəqqəti olaraq Stuartın vəzifələrini yerinə yetirəcək.

 

Teqlər