Trampın ABŞ hərbçilərini Əfqanıstandan çıxarmaq qərarı
Amerika hökuməti qarşıdakı günlərdə özünün dörd min hərbi qüvvəsini Əfqanıstandan çıxarmaq planını elan etmək niyyətindən xəbər verib.
NBC telekanalı Amerika hökumətinin üç rəsmisinə istinadla xəbər verib ki, bu dörd min hərbçinin çıxmasından sonra Əfqanıstanda səkkiz-doqquz min ABŞ qüvvəsi qalacaq.
Amerika rəsmiləri hələ bu dörd min hərbi qüvvənin Əfqanıstandan çıxmasının haçan başlayacağını deməyiblər, lakin onu Birləşmiş Ştatların Əfqanıstandan etaplarla geri çəkilməsinin bir hissəsi hesab edirlər.
Amerikanın müdafiə naziri Mark Esper keçən həftə demişdi ki, hətta əgər Taliban sülh barədə müzakirə etməz və razılığa gəlməzsə belə, Amerika Əfqanıstandakı qüvvələrini azaldacaqdır.
Esper oktyabr ayında demişdi ki, Amerika, Birləşmiş Ştatların anti-terror əməliyyatlar silsiləsi təsir altına düşmədən, öz qüvvələrinin sayını 8600 nəfərədək azalda bilər