Dek 19, 2019 08:50 Asia/Baku
  • Uşaqlar Əfqanıstan savaşının əsas qurbanlarıdırlar
    Uşaqlar Əfqanıstan savaşının əsas qurbanlarıdırlar

BMT-nin uşaq fondu- YUNİSEF(UNICEF) uşaqları Əfqanıstandakı savaş və böhranın əsas qurbanları kimi təqdim edib.

YUNİSEF çərşənbə axşamı günü “Əfqanıstanda ümidin mühafizəsi: Dünyanın ən təhlükəli münaqişələrində uşaqların qorunması” adlı məlumatda bildirib ki, 2019-cu il Əfqanıstanda xas şəkildə uşaqlar üçün ölümcül bir il olubdur.

YUNİSEF-in məlumatına görə, cari milad ilinin ilk doqquz ayında hər gün orta hesabla 9 uşaq ölür və ya bədən üzvünü itirir ki, bu rəqəm 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 11 faizlik artımdan xəbər verir.

YUNİSEF-in məlumatına əsasən, bu miqdarın artmasının başlıca hissəsi hökumətlə müvafiq və müxalif qüvvələr arasında quru döyüşləri və kamikadze hücumlarının artmasından irəli gəlir.

Məlumatda deyilir: Uşaqlar və ailələri hər gün bu münaqişələrin təhlükəli nəticələrinə məruz qalırlar. 40 ildən çox Əfqanıstanda davam edən bu savaşda döyüşən tərəflər əslində münaqişələrin dağıdıcı nəticələri qarşısında uşaqların mühafizəsi üzrə vəzifələrinə əməl etməyiblər.

Amerikanın və müttəfiqlərinin 2001-ci ildə Əfqanıstana qarşı hücumunun başlanmasından bəri bu ölkədə əmin-amansızlıq, terrorizm və narkomaddələr istehsalı nəzərəçarpacaq dərəcədə artıbdır.

Əfqanıstanın xalqı və rəsmiləri dəfələrlə Amerikanın komandanlığı altında xarici hərbçilərin iştirakının davam etməsini tənqid edib və amerikanların Əfqanıstandan çıxmalarını tələb ediblər.

2009-cu ildən 2018-ci ilədək olan müddətdə Əfqanıstanda təqribən 6500 uşaq ölüb və təqribən on beş min nəfər də yaralanıbdır.

Əfqanıstan xarici hərbçilərin işğalı, həmçinin daxili toqquşmalar və terror hücumları nəticəsində dünyanın ən təhlükəli ölkəsinə çevrilibdir.

 

 

Teqlər