Hindistanda müsəlmanlara qarşı yönəlmiş layihəyə etirazlar davam edir
Hindistan əhalisindən minlərlə nəfər müsəlman olmayan azlıqlara vətəndaşlığın verilməsi layihəsinə etirazların davamında bir daha küçələrə çıxıb.
Hindistan xalqı bu aksiyalarda yerli hökumətinin yeni vətəndaşlıq layihəsini müsəlman azlığa qarşı əsaslı qəsdi-qərəzliyin və bu azlığı kənara qoymağın nişanəsi kimi dəyərləndirib.
Hindistan vətəndaşlığı barədəki qalmaqallı layihəyə qarşı çıxanlar son günlər də paytaxt Yeni-Dehli daxil olmaqla bir neçə şəhərdə aksiya keçiriblər. Onlar anti-müsəlman mövqedən çıxış edən bu ölkənin mərkəzi hökuməti və parlamentini təniq edib, bu siyasətlərə qarşı şüar veriblər.
Bu etirazlar indiyədək Hindistanın şimal-şərqində 4 nəfərin həyatına son qoyub.
Hindistanın baş naziri Narendra Mudinin hökuməti tərəfindən parlamentə təqdim olunan layihəyə əsasən, bundan sonra Əfqanıstan, Banqladeş və Pakistana şamil olan qonşu ölkələrdən Hindistan mühahicət edəcək müsəlman olmayan şəxslərə Hindistan vətəndaşlığı veriləcək.
Bu layihə ötən günlərdə Hindistan parlamentinin iki palatasında qəbul olunubdur.
Tənqidçilər bildiriblər ki, bu vətəndaşlıq layihəsi Hindistandakı müsəlmanların əksər hissəsini kənara qoymaq üzrə hakim BCP- Bharatia Canata Parti-nin hədəfinin bir hissəsidir.
Hindistan parlamentinin üzvlərindən olan Əsədəddin Uveysi bildirib ki, bu ölkə konstitusiyasının 14-cü bəndini pozan bu layihə Hitlerin qanunlarından da pis olaraq, müsəlmanların kimliklərini əllərindən almaq məqsədini güdür.