Misir, Ərəbistan və BƏƏ BMT TŞ-nin qətnaməsinin pozucusudurlar
Liviya milli birlik hökumətinin BMT-dəki nümayəndəliyi bildirib ki, Misir, Ərəbistan və əmirliklər general Xəlifə Həftərin komandanlıq etdiyi “Milli ordu” adlı qrupa silah dəstəyi verərək, Təhlükəsizlik Şurasının qətnaməsini pozurlar.
Liviya milli birlik hökumətinin BMT-dəki nümayəndəlik ofisi dünən gecə bir açıqlamada əlavə edib: Təhlükəsizlik Şurası qətnamələrinin Liviyaya silah göndərilməsinin qadağan edilməsinə təkid etməsinə rəğmən, Misir, Ərəbistan və əmirliklər general Həftərə maliyyə və silah dəstəyi verərək, Liviyada sabitliyin bərqərarına mane olublar.
Liviya milli birlik hökumətinin BMT-dəki nümayəndəlik ofisi Liviya milli birlik hökumətinin və Türkiyənin dəniz sərhəd xətləri barədəki son razılaşması haqda da deyibdir ki, Türkiyə ilə razılaşma Liviya ilə siyasi razılaşmadan fərqlənmir və digər tərəflərin təsdiqinə ehtiyac yoxdur.