Dek 22, 2019 10:28 Asia/Baku
  • Almaniya Amerikanın sanksiyasını tənqid edib
    Almaniya Amerikanın sanksiyasını tənqid edib

Almaniya hökuməti Amerikanın “Nord Stream-2” qaz boru kəməri layihəsinə qarşı sanksiyasını pisləyib.

Almaniya kansleri Angela Merkelin sözçüsü Ulrike Demmer bildirib ki, Amerikanın bu sanksiyası Almaniya və Avropa şirkətlərini təsir altına alıq və Avropa ölkələrinin daxili işlərinə qarışmaq hesab olunur.

Almaniya kanslerinin sözçüsü əlavə edib: Vaşinqton deyir ki, Rusiya qazının Almaniyaya və Avropaya ötürülməsi layihəsi- “Nord Stream-2”nin boykot edilməsi Rusiya qarşısında Ukraynaya dəstək vermək üçündür, halbuki bu iki ölkə cümə günü Avropaya qaz tranzitinin davam etdirilməsi barədə memorandum imzaladı.

Demmer deyib ki, Amerikanın “Nord Stream-2” qaz boru kəməri layihəsinə qarşı sanksiyası xas şəkildə anlaşılmaz bir hərəkətdir.

Bu layihə 9,5 milyard avro xərclə sahilkənarı boru kəmərinin inşasına şamil olur. Bu boru kəməri Rusiyanın təbii qazını Baltik dənizi vasitəsilə birbaşa şəkildə Almaniyaya ötürəcək.

 

Teqlər