Dek 26, 2019 11:30 Asia/Baku
  • Amerika faşizmə doğru gedir
    Amerika faşizmə doğru gedir

Amerika konqresinin bir nümayəndəsi Tramp hökumətini tənqid edərək xəbərdarlıq edib ki, bu ölkə bir faşist ölkəsinə çevrilməkdədir.

ABŞ konqresinin nümayəndələr palatasının Nyu-York ştatından olan demokrat üzvü Aleksandriya Okaziyo-Kortes deyib ki, Birləşmiş Ştatlarda modern cəmiyyət mövcud deyil, zira bu ölkə faşistləşməkdədir və yalnız varlı vətəndaşların ehtiyaclarını təmin edir.

Ötən aylarda ABŞ prezidenti Donald Trampla bir çox çəkişmələr yaşamış bu konqresmen mövcud hökumət sistemilə mübarizə edilməsini istəyib və belə əlavə edib: Bizim nə qədər qızıl çıxardığımızı, amma modern bir cəmiyyət yarada bilməməyimizin kimə nə əhəmiyyəti var?

Kortez 2020-ci Amerika prezident seçkilərində demokratların ehtimal olunan namizədlərindən biri, müstəqil senator Berni Sendersin əsas himayədarlarından sayılır.

Bu konqresmenin xəbərdarlığı ilə bir zamanda Miçiqan ştatından keçmiş konqresmen Devid Trott da “Atlantik” adlı aylıq jurnala məktubda bildiribdir ki, Donald Tramp Amerikanın xarici siyasətində çaxnaşma amilidir və prezidentlik səlahiyyətinə malik deyildir.

 

 

Teqlər