Tramp Miladda da amerikalı ailələri rahat buraxmır
https://azeri.sahartv.ir/news/dünya-i354718-tramp_miladda_da_amerikalı_ailələri_rahat_buraxmır
ABŞ prezidentinin seçki qərargahı bir vebsayt açaraq, onun tərəfdarlarına təlim keçir ki, milad tətillərində Trampla müxalif qohumları ilə necə bəhs edərək, onlara qalib gəlsinlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2019 08:01 Asia/Baku
  • Tramp Miladda da amerikalı ailələri rahat buraxmır
    Tramp Miladda da amerikalı ailələri rahat buraxmır

ABŞ prezidentinin seçki qərargahı bir vebsayt açaraq, onun tərəfdarlarına təlim keçir ki, milad tətillərində Trampla müxalif qohumları ilə necə bəhs edərək, onlara qalib gəlsinlər.

Trampın 2020-ci il prezident seçkilərində yenidən seçilməsinə çalışan onun seçki qərargahı açdığı vebsaytda Trampın himayədarlarının ixtiyarına məlumatlar verir ki, onlardan istifadə edərək, Trampla müxalif olan qohumlarını milad tətilləri bəhslərində məğlub edə bilsinlər.

Amerika iqtisadiyyatının Trampın prezidentliyi dövründə güclü olduğunu iddia edən bu vebsayt onun mühacirət siyasəti, Amerikanın digər ölkələlərlə ticarət müqavilələri, səhiyyə və sağlamlıq, verginin azaldılması, eləcə də impiçment məsələsi sahələrindəki addımlarını müdafiə istiqamətində mətləblər təqdim edir.

Bu vebsaytda Trampın impiçmenti barədə belə təlim verilir ki, bu məsələ elə əvvəldən sırf olaraq, demokratların seçki fəndi olubdur.