Hind okeanının təhlükəsizliyi dünya iqtisadiyyatının maraqlarının qorunmasına zamindir
İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qüvvələri komandanının əməliyyat müavini deyib: Hind okeanında, xüsusən “Qızıl üçbucaq” adlandırılan Hörmüz boğazı, Malaqa və Babulməndəb boğazı arasındakı hüdudlarda gəmiçilik xətlərinin tam təhlükəsizliyinin bərqərarı beynəlxalq səhnədə iqtisadi maraqların qorunmasına zamindir.
İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qüvvələri komandanının əməliyyat müavini kontr-admiral QolamrezaTəhani bu gün İran, Rusiya və Çinin birgə dəniz manevrindəki rusiyalı və çinli bölmələrin komandanlarının iştirakı ilə keçirilən bu manevrin əsaslandırılması iclasında əlavə edib: Beynəlxalq ticarətin aparıcı bölgələrindən sayılan Oman dənizi və Hind okeanı bölgəsində bir çox ölkə gediş-gəliş edir və buna görə, onda dəniz təhlükəsizliyinin qorunması olduqca mühüm və həyatidir.
İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qüvvələri komandanının əməliyyat müavini sonra deyib: Ahəngdar addımların atılması üzrə hökumətlər arasındakı siyasi olaylar və dəniz təhdidlərinin müştərək mahiyyəti bais olubdur ki, İran, Rusiya və Çinin dəniz qüvvələri keçmişdəkindən daha çox bir-birilərilə həmkarlıq etsinlər.