Nigeriya hökuməti Şeyx Zəkzakiyə qarşı zülmə son qoysun
Dek 30, 2019 19:58 Asia/Baku
Böyük təqlid mərcələrindən olan Ayətullah Məkarem-Şirazi deyib ki, Nigeriya hökuməti bu ölkənin islami hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki barədə məsuliyyətlə hərəkət etməli və Şeyx Zəkzakiyə qarşı zülmə son qoymalıdır.
Ayətullah Məkarem-Şirazi dünən axşamçağı Şeyx İbrahim Zəkzakinin ailə üzvlərilə görüşdə bu böyük din aliminin şəxsiyyətini yüksək qiymətləndirib və onu, altı övladını İslama təqdim edən qəhrəman və mübariz şəxsiyyət adlandırıbdır.