Tramp İraqda ABŞ səfirliyi qarşısındakı etirazlardan qəzəblənib
Dek 31, 2019 20:54 Asia/Baku
ABŞ prezidenti İraq xalqının Amerikanın Bağdaddakı səfirliyi qarşısındakı geniş etirazlarına münasibət bildirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp bu gün iraqlıların Amerikanın Bağdaddakı səfirliyi qarşısındakı geniş etirazlarına münasibət bildirərək Tvitter səhifəsində yazıb: İraqdan özünün hərbi qüvvələrindən bizim Bağdaddakı səfirliyimizin mühafizəsi üçün istifadə etməsi gözlənilir və bu onlara da deyilib.
Donald Tramp Tvittinin davamında bu etiraz aksiyasının keçirilməsində İran İslam Respublikasını ittiham edib.