Şeyx Zəkzaki: " General Süleymani və ƏL-Mühəndisin Şəhadəti müqavimət cəbhəsində ruh yüksəkliyi yaradacaq"
Nigeriyanın İslam Hərəkatının rəhbəri, general Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin müqavimət qüvvələrinin ruhiyyələrinin yüksəlməsinə səbəb olacağını bildirib.
Gənc Reportyorlar Klubunun məlumatına görə, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki bir bəyanat yayaraq, general Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhid olmaları münasibətilə Bəqiyyətəllahül-əzəm İmam zaman (ə.c), İran İslam İnqilabının Böyük Rəhbəri Həzrəti Ayətullahul-uzma Xameneyi, təqlid mərcələri, bütün dünya müsəlmanları və xüsusilə bu şücaətli şəhidin ailəsinə başsağlığı verib.
Bəyanatın davamında deyilir; ABŞ unutmamalıdır ki, general Süleymani, ƏL-Mühəndis və bir neçə digər şəxsın şəhid olunması nəinki müqsavimət qüvvələrinin bir an belə ruhiyyələrinin düşməsinə və İslama xidmətdən çəkinmələrinə səbəb olmayacaq, bəlkə bu şəhadət onları stimullaşdıracq və bu yolu davam etdirməkdə daha da cəsur edəcək.