Yan 04, 2020 21:21 Asia/Baku
  • Tramp impiçmentdən xilas olmaq üçün cinayət törətdi
    Tramp impiçmentdən xilas olmaq üçün cinayət törətdi

Amerikalı qəzet belə bir başlıqla çıxış edib ki, ABŞ prezidentinin İslam İnqilabı Keşikçiləri Korpusu- Sepahın Qüds qüvvələrinin komandanı general Süleymanini terror etməyə dair göstərişi impiçmentdən qaçmaq məqsədi ilə verilib.

ABŞ-ın Nyu-York Tayms qəzetinin internet portalı özünün "Oyun dəyişib" başlıqlı məqaləsində yazıb; "Donald Trampın öz impiçmenti ilə bğlı Senatda keçiriləcək iclası gözlədiyi halda general Süleymaninin terror edilməsi göstərişini verməsi onun motivasiyası barədə bir çox xoşagəlməz sualların yaranmasına səbəb olub".

Nyu-York Tayms qəzetinin yazdığına görə, D.Trampın yalan, yalan və daha çox yalan danışmaları, prezident səlahiyyətlərindən sui-istifadə etmək ittihmilə impiçment edilməsi və xarici siyasət sahəsində ABŞ-ın daxilində və xaricində etibarının zəifləməsinə səbəb olan ani qərarlar vermək keçmişini nəzərə alaraq, Ağ Ev daha dəqiq izahat verməlidir.

ABŞ-ın Los-Anceles Tayms qəzeti də bir reportajda yazıb; ABŞ-ın Milli Təhlükəsizlik komandası təsəvvür belə etmirdi ki, Donald Tramp general Qasim Süleymaninin terror edilməsi əməliyyatı ilə razılaşacaq.

Reportajın davamında yazılıb; "D.Tramp gözlənilmədən müxtəlif variyantlar arasında bir qrup ifratçı müşavirin məsləhəti əsasında general Süleymaninin hədəfə almınmasını seçib".

 

 

 

Teqlər