Yan 07, 2020 11:12 Asia/Baku
  • Tramp sirrinin açılmasına görə hiddətlənib
    Tramp sirrinin açılmasına görə hiddətlənib

CNN telekanalı bu gün səhər tezdən Ağ Ev-in bir rəsmisinə istinadla bildirib ki, Tramp amerikalı qüvvələrin İraqdan çıxmaları barədəki məktubun ifşa olunmasına görə, son dərəcə hiddətlidir.

CNN bu Ağ Ev rəsmisinə işarə etmədən bildirib: Trampın hiddəti o həddə olubdur ki, bu barədə izahat vermələri üçün öz müavinləri və köməkçilərini sorğu-suala çəkibdir.

ABŞ hərbçilərinin İraqdan çıxmaları sənədinin ifşası Vaşinqton başçılarının əl-ayağa düşmələrinə səbəb olub.

Dünən gecə öncə Frans-Press bir sənəd yaydı. Bu sənəd göstərirdi ki, Amerikanın başçılıq etdiyi beynəlxalq anti-İŞİD koalisiyası İraq ordusuna bildiribdir ki, İraqın süverenliyinə, həmçinin bu ölkənin parlamenti və hökumətinin xahişinə əsasən, qarşıdakı dəyişikliklər ilə bağlı hazırlıqlar üçün qarşıdakı günlər və həftələrdə öz qüvvələrini çıxarmağa başlayacaq.

Bu xəbərin yayılmasının ardınca ABŞ-ın müdafiə naziri Mark Esper iddia edib ki, amerikalı qüvvələrin çıxması barədə yayılan məktub qeyri-dəqiqdir.

Ondan sonra Amerika ordusunun baş qərargah rəisi general Cozef Danford medialar tərəfindən yayılan sənədin düzgünlüyünü üstüörtülü şəkildə təsdiq edərək, deyib: Bu sənəd bir məktubun imzalanmamış ilkin mətni idi. Onda məqsəd, koordinasiya olub və yayılmamalı idi və səhvən iraqlı qüvvələrin əlinə çatıbdır.

Ondan sonra İraq müdafiə nazirliyinin sözçülərindən biri bu sənədin ifşa olunmasına reakasiya verib və deyib ki, Amerika hökumətinin öz hərbçilərinin İraqda iştirakı barədəki siyasətində bir dəyişiklik baş verməyib və Vaşinqton İŞİD-in məğlubiyyəti və iraqlı təhlükəsizlik qüvvələrini himayə barədə İraq hökumətilə məşvərəti davam edir.

Amerikalı hərbçilərin İraqdan çıxmaları sənədinin ifşa olunması İraq parlamentinin bazar günü bütün xarici qüvvələrin bu ölkədən çıxmalarının lehinə səs verməsindən sonra baş verir. İraq parlamenti həmçinin xarici qüvvələrin bu ölkənin hava məkanından istifadə etmələrinin qadağan olunmasını istəyibdir.

Bu addımdan sonra ABŞ prezidenti Donald Tramp hədə ilə bildirdi ki, amerikalı qüvvələrin İraqdan çıxarılacağı halda, Bağdada qarşı son dərəcə sərt sanksiyalar tətbiq olunacaq.

 

Teqlər