London Trampın nüvə anlaşmasından çıxmaq barədəki xahişini rədd edib
İngiltərə hökuməti ABŞ prezidentinin nüvə anlaşmasından çıxmaq barədəki xahişini rədd edib. Bildirib ki, bu anlaşma təhlükəsizlik baxımından London üçün önəmlidir.
İngiltərənin xarici işlər nazirliyi bu gün səhər Donald Trampın nüvə anlaşmasında qalan ölkələrdən bu anlaşmadan çıxmaları barədəki istəyinə cavab olaraq, deyib: Biz İranın nüvə anlaşmasında dərc olunmuş məhdudiyyətlərin daha çox azaldılması barədəki bildirişindən dərindən nigaranıq, amma yenə də nüvə anlaşmasına ortaq təhlükəsizliyimiz üçün mühüm bir müqavilə kimi baxırıq.
İngiltərənin xarici işlər nazirliyi öz açıqlamasında əlavə edib: Biz bu qənaətdəyik ki, bu mühüm məsələ diplomatik yolla və nüvə anlaşmasının və onun nüvə silahlarının yayılmaması barədəki məziyyətlərinin qorunması istiqamətində əldə olunur.
Donald Tramp Amerikanın Sepah-ın Qüds qüvvələrinin komandanı general Soleymanini şəhid etmək üzrə terror hərəkətinin ardınca Tehranın vurduğu şillədən sonrakı ilk çıxışında belə bir məsələni təkrar edib: İngiltərə, Almaniya, Fransa, Rusiya və Çinin nüvə anlaşmasından çıxmaq kimi bir reallığı dərk etmələrinin vaxtı gəlib çatıbdır.