Amerikalı konqresmən: İranla böhranın şiddətlənməsində Tramp səbəbkardır
-
Amerikalı konqresmən: İranla böhranın şiddətlənməsində Tramp səbəbkardır
Amerika konqresməni bu ölkə prezidentinin diplomatiyaya etinasızlığının İranla böhranın şiddətlənməsi amili olduğunu deyib.
Nümayəndələr palatasının üzvü və 2020-ci il prezident seçkilərinin ilkin rəqabətlərinə demokratların namizədi Tulsi Qabbard özünün tvitter səhifəsində FoksNyus telekanalı ilə öz müsahibəsini yerləşdirib. Həmin müsahibədə o deyir: ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxması, diplomatiyadan uzaqlaşması və İrana qarşı sanksiyaları gücləndirməsi, İranla böhranın şiddətlənməsinin səbəbini təşkil edir.
Amerika nümayəndələr palatasının bu üzvü Ağ evin Asiyanın qərbində militarist hərəkətləri xüsusiylə Trampın İrana qarşı gərginliyi artıran təşəbbüsləri barədə xəbərdarlıq edib.
Qabbard deyib: ABŞ prezidenti bu ölkə xalqının təhlükəsizliyinə önəm vermir.
Nümayəndələr palatasının bu üzvü amerikan hərbçilərin İraq və Suriyanı tərk etməli olduqlarını bildirib.