Tramp İraqdan bac istəyir
https://azeri.sahartv.ir/news/dünya-i356247-tramp_İraqdan_bac_istəyir
Donald Tramp İraq parlamentinin Amerika hərbçilərinin həmin ölkədən çıxmalarına dair qərarından sonra yeni bir bacalmada Bağdaddan 35 milyard dollar pul istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2020 16:50 Asia/Baku
  • Tramp İraqdan bac istəyir
    Tramp İraqdan bac istəyir

Donald Tramp İraq parlamentinin Amerika hərbçilərinin həmin ölkədən çıxmalarına dair qərarından sonra yeni bir bacalmada Bağdaddan 35 milyard dollar pul istəyib.

Amerika prezidenti Donald Tramp xəbərdarlıq edib: Amerika hərbçilərinin İraqdan çıxarılmağa məcbur ediləcəkləri halda, Bağdad Amerikanın İraqdakı investisiyalarının xərcini ödəməli, ya da ki, Vaşinqtona bu ölkədə qalmaq icazəsi verməlidir! 

Tramp həmçinin İraq vətəndaşlarından yüz minlərlə nəfərin ölümü ilə nəticələnən Amerikanın təqribən iyirmi ildəki cinayətlərinə işarə etmədən təhdid edib ki, Amerika hərbçilərinin İraqdan çıxacaqları təqdirdə, İraqı kəskin tərzdə boykot edəcəkdir.

Amerikanın Bağdad hava limanındakı terror cinayətinin ardınca İraq parlamenti üzdəniraq anti-ABŞ koalisiyası hərbçilərinin, o cümlədən Amerika ordusu hərbçilərinin bu ölkədən çıxarılmaları barəqə qanun qəbul etdi.