Yan 20, 2020 15:40 Asia/Baku
  • Fransada
    Fransada "sarı jiletlilər"ə qarşı polis qəddarlığı qınanır

Fransa polisinin kapitalizm quruluşuna etiraz edənlərə qarşı zorakı hərəkətləri sərt şəkildə tənqid olunub.

Fransanın "BFM" telekanalının məlumatına görə, KİV-lər və sosial şəbəkələrdə Fransa polisinin bir nümayişçiyə qarşı zorakı hərəkəti ilə bağlı videonun geniş yayılması bir daha qalmaqala səbəb olub və Emmanuel Makronun hökumətini kəskin tənqidlərlə üzləşdirib.

Sosial şəbəkədə yeni bir videogörüntü Fransa polisini  bir etirazçının üzü və baş nahiyəsinə zərbə vurarkən həmin zərbələrin etirazçının üzündə qan axmaya və bir mağaza qarşısında yerə uzanmasına bais olduğunu göstərir.

Fransa rəsmiləri 18 yanvar aksiyaları zamanı polisin zorakılıqları ilə bağlı iki cinayət işinin açıldığını və araşdırma aparıldığını bildirirlər.

Fransa polisi şənbə günü yanvarın 18-də Parisdə keçirilən "sarı jiletlilər"lə pensiya islahatlarına etiraz edənlərin aksiyalarında 60 nəfərin saxlanıldığını və onların 45 nəfərinin hələ də polisin nəzarətində olduğunu qeyd edib.

Bazar iqtisadiyyatına qarşı hərəkat və E.Makronun siyasətləri əleyhinə etirazlar 2018-ci il noyabrın 17-dən bütün Fransada başlayıb və şənbə günü 18 yanvarda  62-ci həftəsi keçirilib.

Fransada pensiya islahatlarına qarşı tətillər isə 2019-cu ilin dekabr ayından başlayıb və hələ də davam edir.

 

,

 

Teqlər