Yan 21, 2020 13:29 Asia/Baku
  • Amerikalı senator: Tramp ölkəmizi dünyada təcrid etdi
    Amerikalı senator: Tramp ölkəmizi dünyada təcrid etdi

Amerika senatının üzvü bu ölkə prezidentinin üçillik fəaliyyətinə toxunaraq, deyib: Ölkəmiz bu müddətdə daha da təcrid olunub, daha da zəifləyib və daha da təhlükəli olubdur.

Konnektikut ştatından olan demokrat senator Kris Morfi öz tvitter səhifəsində yazıb: Trampın andiçmə mərasiminin üçüncü ildönümündə onun hökumətinin xarici siyasətinin üç illik faciəsinə nəzər salmağın vaxtı gəlib çatıbdır. Tramp dünyanın hər bir guşəsində Amerikanı daha artıq təcrid edib, daha artıq zəiflədib və daha artıq təhlükəli edibdir.

Bu amerikalı senator Trampın iranlılarla düşmənçiliyini tənqid edərək, yazıb: Tramp İran barədə kor-koranə surətdə gərginliyi artırdı.

Morfi əlavə edib: İranla nüvə anlaşması işləməkdə idi, amma Tramp bu anlaşmanı cırdı, çünki onun üzərində Amerikanın keçmiş prezidenti Barak Obamanın adı var idi.

Demokrat senator Amerikanın İraq qarşısındakı siyasətinə də toxunub: İŞİD İraqda məğlub olmaq ərəfəsində idi ki, Tramp hökuməti general Soleymanini terror etməklə bu məsələni təhlükəyə saldı.

 

 

Teqlər