Fransada ən böyük SES-in fəaliyyəti dayanıb
https://azeri.sahartv.ir/news/dünya-i356510-fransada_ən_böyük_ses_in_fəaliyyəti_dayanıb
Fransada pensiya sisteminə düzəlişlərə etirazlar bu ölkədəki ən böyük Su Elektrik Stansiyasının fəaliyyətinin dayanması ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2020 17:17 Asia/Baku
  • Fransada ən böyük SES-in fəaliyyəti dayanıb
    Fransada ən böyük SES-in fəaliyyəti dayanıb

Fransada pensiya sisteminə düzəlişlərə etirazlar bu ölkədəki ən böyük Su Elektrik Stansiyasının fəaliyyətinin dayanması ilə nəticələnib.

Fransa Baş Əmək Konfederasiyası dünən gecə bildirib ki, bu ölkənin şərqindəki İzer bölgəsində yerləşən “Qran Mezon” Su Elektrik Stansiyasının fəaliyyəti Fransada pensiya sisteminə düzəlişlərə etirazlara görə, dayanıbdır.

Bu Su Elektrik Stansiyası Fransa elektrik şirkətinin elektrik enerjisi hasilatında doqquz faiz paya malikdir.

Fransa Baş Əmək Konfederasiyası bu ölkənin elektrik enerjisi hasilatı və paylanması sektorundakı etiraz hərəkətlərini davam etdirir.

Fransada “BFMTV” televiziya kanalı bu ölkədə pensiya sisteminə düzəlişlərə etiraz olaraq keçirilən tətilə görə, Marsel limanının bağlanması və fəaliyyətinin dayanmasından irəli gələn ziyanı yüz milyon avro dəyərləndirib.