Yan 23, 2020 13:36 Asia/Baku
  • Sionizmi himayə edən bir fondun Trampın anti-İran strategiyasına sızması rüsvayçılığı
    Sionizmi himayə edən bir fondun Trampın anti-İran strategiyasına sızması rüsvayçılığı

ABŞ Dövlət Departamentinin sabiq rəsmisi “Demokratiyaları müdafiə fondu”nun həmin ölkənin prezidentinin anti-İran strategiyasına sızması rüsvayçılığı barədə təhqiqatın aparılmasını istəyib.

ABŞ Dövlət Departamentində Rusiya dairəsi üzrə sabiq müşavir Ceyms Karden bu ölkədə çıxan “The Nation” həftəliyindəki bir qeyddə yazıb: “Demokratiyaları müdafiə fondu” kimi orqanların bu ölkənin prezidenti Donald Trampın siyasətlərinə artmaqda olan sızması tam rüsvayçılıqdır və konqres bu barədə araşdırma aparmalıdır.   

Karden əlavə edib: Bu fondun general Soleymaninin terroru daxil olmaqla Trampın anti-İran siyasətlərinə qarışması tamamilə aşkardır.

Ceyms Karden sonra yazıb: “Demokratiyaları müdafiə fondu” sionist rejimin sərt himayədarıdır və Trampın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton da bu müəssisənin və onun siyasətlərinin olduqca ciddi tərəfdarlarından hesab olunur.

ABŞ Dövlət Departamentinin bu sabiq rəsmisi vurğulayıb ki, general Soleymaninin terroru və “Demokratiyaları müdafiə fondu”nun icraçı müdiri Mark Dubovitsin bu terroru dəstəkləməsinə dair çıxışı həmin orqanın Trampın “milli təhlükəsizlik şurası” ilə əlaqəsini daha da üzə çıxarır.

 

 

Teqlər