Yan 25, 2020 18:01 Asia/Baku
  • Miyanma hökuməti Ruhinqa müsəlmanlarına qarşı cinayətlərini davam etdirir
    Miyanma hökuməti Ruhinqa müsəlmanlarına qarşı cinayətlərini davam etdirir

Miyanma hökumətinin müsəlmanlara qarşı cinayətlərinin davamında bu ölkə ordusu Raxin vialayətində Ruhinqa müsəlmanlarının yaşadığı kəndə artileriya hücumunda iki müsəlman qadını qətlə yetirib.

Röytersin verdiyi məlumata görə, Miyanma parlamentinin üzvü Maunq Kyav Zan deyib: Miyanma ordusu qüvvələri Ruhinqa bölgəsində bir kəndi artileriya atəşi ilə hədəfə alıb və bu hücumda biri hamilə olan iki qadın öldürülüb. 

Bu hücumda 7 müsəlman da yaralanıb. 

Miyanma ordusunun müsəlmanlara qarşı hücumu elə bir şəraitdədir ki, Beynəlxalq Ədalət Məhkəməsi cümə axşamı bir qərar verərək Miyanma hökumətini Ruhinqa müsəlmanlarını soyqırımı qarşısında mühafizə etmək üçün təcili tədbirlər görməyə çağırdı. 

Teqlər