Fransa prezidenti və baş nazirinin reytinqi kəskin şəkildə aşağı düşüb
Son rəy sorğuları Fransa prezidenti və baş nazirinin reytinqinin kəskin azaldığını göstərir.
Fransanın "Do De Manj" jurnalının məlumatına görə, bazar günü yanvarın 26-da yayılan EFOP müəssisəsinin son sorğusunun nəticəsi göstərir ki, Fransa prezidenti Emmanuel Makron və bu ölkənin baş naziri Eduard Filippin reytinqi tətillər və etirazların davam etməsi fonunda yanvar ayında bir daha azalmağa başlayıb.
Bu rəy sorğusunun nəticələrinə əsasən, yanvar ayında E.Makronun reytinqi 4 faiz enərək 30 faizə çatıb və Fransanın baş naziri E.Filippin reytinqi də 3 faiz azalıb və hazırda 33 faizdir.
Bu gün Fransada pensiya islahatlarına qarşı tətillərin başlanmasından 53 gün ötür və dünən yanvarın 25-də Paris və digər şəhərlər hökumətin iqtisadi siyasətləri və bazar iqtisadiyyatına qarşı keçirilən "sarı jiletlilər" adı ilə tanınan aksiyaların 63-cü həftəsinin şahidi idi.