Hindistanda yeni vətəndaş qanununa etirazlar davam edir
Hindistan xalqından yüz minlərlə nəfər yeni vətəndaş qanununa etiraz olaraq, aksiya keçirib.
Dünən Hindistanın Kerala əyalətində etirazçılar yüz min nəfərdən çox insanın iştirakı ilə bir insan zənciri təşkil edərək, 150-dən çox məkanda etiraz aksiyası keçiribdir.
Kerala əyalətinin baş naziri bu haqda deyib: On bir kilometr uzunluğunda olan bu insan zənciri Pelvari şəhərində Hindistanın əsas qanununun pozulmasına etiraz olaraq, təşkil olunubdur.
Hindistanın müxtəlif şəhərləri son günlər yeni vətəndaş qanununa etiraz olaraq, aksiyaların keçirilməsinin şahidi olublar.
Hazırda qanuna çevrilmiş və müsəlmanlara qarşı yönəlmiş vətəndaşlığın verilməsi layihəsi qonşu Banqladeş, Pakistan və Əfqanıstandan Hindistana qaçmağa məcbur olan mühacirlərə vətəndaş haqqı və vətəndaşlıq verir. Bu qanun müsəlmanlara şamil olmur.