Yan 28, 2020 12:46 Asia/Baku
  • Nümayəndələr palatası Trampın miqrasiya fərmanını ləğv etmək istəyir
    Nümayəndələr palatası Trampın miqrasiya fərmanını ləğv etmək istəyir

ABŞ konqresinin nümayəndələr palatasının sədri bildirib ki, bu ölkə prezidentinin miqrasiya fərmanını ləğv etməyə çalışır.

Nensi Pelosi bir açıqlamada qeyd edib ki, bu orqan qarşıdakı həftələrdə Donald Tramp hökumətinin bir neçə müsəlman ölkə vətəndaşlarının Amerikaya səfərinin qadağan olunmasına dair layihəsini ləğv etməyə çalışır.

Açıqlamada deyilir ki, nümayəndələr palatasının demokratları Trampın bu rəhmsizcəsinə planı ilə mübarizəni davam etdirəcəklər.

Bundan öncə İran, Liviya, Şimali Koreya, Somali, Suriya və Yəmən vətəndaşlarına, eləcə də Venesuela rəsmilərinə və onların qohumlarına Amerikaya miqrasiya və ya qeyri-miqrasiya vizası almaq qadağan edilmişdi.

Tramp həmçinin son zamanlar bildirdi ki, Belarus, Eritreya, Qırğızıstan, Myanma, Nigeriya və Tanzaniya daxil olmaqla daha yeddi ölkənin adını icra edilməkdə olan mühacirətin qadağan edilməsi qanununa şamil olan ölkələr siyahısına əlavə edəcək.

Teqlər