Tramp “Əsrin sövdələşməsi” anti-Fələstin planını təqdim edib
-
Tramp “Əsrin sövdələşməsi” anti-Fələstin planını təqdim edib
ABŞ prezidenti nəhayət “əsrin sövdələşməsi” adlı sionist və anti-Fələstin planını təqdim edib.
Amerika prezidenti Donald Tramp dünən sionist rejimin baş naziri Benyamin Netanyahunun kənarında durduğu bir halda, “əsrin sövdələşməsi” adlı icbari saziş planını təqdim edib.
Ağ Ev-də bir mətbuat konfransında çıxış edən Tramp bu planın təqdim olunmasını sionist rejim üçün sülhə doğru bir addım adlandırıb və iddia edib ki, bu plan ifratçılıqla mübarizəyə kömək edəcək.
Deyilənlərə görə, amerikan-sionist “əsrin sövdələşməsi” planına əsasən, Qudsi-Şərif sionist rejimə təhvil veriləcək; digər ölkələrdəki fələstinli qaçqınların geri qayıtmaq hüququ olmayacaq və Fələstin yalnız Qərb sahilində və Qəzzə zolağında qalan torpaqlara malik olacaq.
Bir çox islami ölkə və bütün fələstinli qruplar bu plana qarşı çıxıblar.
Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas bir etiraz mahiyyətli hərəkətdə Trampın telefon söhbəti xahişini rədd edib. O, deyib ki, Qüds paytaxt olmaqla müstəqil Fələstin ölkəsinin təşkili daxil olmaqla Fələstin xalqının tələblərini reallaşdırmayan bir sövdələşməni heç vaxt qəbul etməyəcəkdir.