BMT TŞ: İŞİD öz gücünü bərpa etməkdədir
-
BMT TŞ: İŞİD öz gücünü bərpa etməkdədir
BMT-nin Təhlükəsizlik Şurası İŞİD-in bir daha Qərbi Asiyada güclənməsi və terror hücumlarını təşkilatlandırmağa çalışması haqda xəbərdarlıq edib.
Təhlükəsizlik Şurasının üzv ölkələrdən topladığı son məlumat İŞİD-in Suriya və İraqda güclənməsi, həmçinin İŞİD-çi əsirlərin təcridxanalardan azad edilmələri üzrə planlaşdırma və yerli təhlükəsizlik qüvvələrinin zəifliyindən istifadədən xəbər verir.
Bu məlumatda İŞİD-in maliyyə cəhətdən təmin edilməsi yolları və mənbələrinə işarə olunaraq, deyilir ki, bu terrorçu qrup ağır məğlubiyyətlərə uğramış olsa da yaşamaq uğrunda durmadan mübarizə aparır.
İŞİD-in xarici üzvləri məsələsi bu məlumatda mövcud nigarançılıqlardan biri kimi qeyd olunub. Bildirilibdir ki, İŞİD-in 40 min nəfərlik xarici qüvvəsinin yarısı və ya üçdə iki hissəsi diridir.