Trampın seçki kampaniyasındakı şəxsi xərcləri 2 milyon dollar təşkil edib
-
Trampın seçki kampaniyasındakı şəxsi xərcləri 2 milyon dollar təşkil edib
ABŞ-ın Federal Seçki Komissiyasının məlumatına əsasən, bu ölkə prezidenti Donald Trampın seçki kampaniyası təxminən 2 milyon dollar onun şəxsi istifadəsi üçün ödəyib.
ABŞ-ın "Huffington Post" portalının məlumatına görə, bu ölkənin Federal Seçki Komissiyasının hesabatı göstərir ki, Donald Trampın seçki kampaniyası təkcə 2019-cu ilin son üç ayında 200 min dollar Trampın ticarət fəaliyyətləri və şəxsi əmlakına sərf edib.
Sözü gedən komissiya ABŞ-da seçki kampaniyaları tərəfindən qanunvericiliyə necə əməl edilməsinə nəzarət edən müstəqil bir orqandır.
Nyu-York Tayms qəzetinin yazdığına görə, D.Trampın şəxsi şirkətləri və aktivlərinə 150 dəfə ödəniş edilib.
Mövcud faktlara əsasən, Trampın biznes fəaliyyətləri üçün ödənilən vəsait onun Tramp adlı qülləsinə, Vaşinqtondakı beynəlxalq otelinə, restoranları, otel kompleksləri və şirkətlərinə bir neçə dəfə ödənişə şamil olur.