Fev 09, 2020 12:41 Asia/Baku
  • Pompeonun Çinlə ticarət barədəki müdaxilə mahiyyətli sözləri
    Pompeonun Çinlə ticarət barədəki müdaxilə mahiyyətli sözləri

ABŞ dövlət katibi müdaxilə mahiyyətli bir ifadədə bu ölkə qubernatorlarından Çin ilə ticarət barədə ehtiyatla davranmalarını istəyib.

Qeyd edək ki, Vaşinqton Çin ilə ticarəti məhdudlaşdırmaq və Pekinlə ticari maraqlara zərbə vurmaq üçün hər bir vasitədən istifadə edir.

Son zamanlar Çində yayılmış koronavirus barədə dünya səviyyəsində qorxu hissi yaratmaq, Vaşinqtonun Pekinə qarşı ən yeni hərəkətlərindəndir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Tszunin bundan öncə Vaşinqtonun düşmənçilik münasibətini tənqid edərək, bildirmişdi ki, Amerika koronavirusun yayılmasının əvvəlindən bəri bu xəstəliklə mübarizədə Çinə nəzərəçarpacaq bir kömək göstərməyib heç, əksinə bu ölkəyə qarşı qorxu və dəhşət atmosferi yaratmaqdadır.

 

Teqlər