Fev 11, 2020 08:46 Asia/Baku
  • İranın raket hücumunda 109 amerikan hərbçi beyin travmasına düçar olub

Pentaqon İranın “Əynuləsəd” bazasına qarşı raket hücumundakı yaralılarının sayının artmasını damla-damla etiraf etməsinin davamında bildirib ki, 109 amerikalı hərbçi beyin travmasına düçar olubdur.

Amerikanın müdafiə nazirliyi bu gün səhər bir açıqlamada bildirib ki, 109 amerikalı qüvvə beyin travmasına görə, müalicə kursu keçibdir. Bu rəqəm öncəki məlumatla müqayisədə 59 nəfər artıbdır.

Pentaqon-un bildirdiyinə görə, bu şəxslərdən 76 nəfər müalicə olunub və öz xidmət məkanına geri dönübdür. Onlardan 75 nəfəri İraqda, bir nəfəri isə Almaniyada müalicə kursu keçibdir.

İran general Soleymaninin və onun silahdaşlarının namərdcəsinə Bağdadda terror edilmələrinə görə, Amerikadan sərt intiqam almaq barədəki vədini yerinə yetirərək, yanvarın 8-də Amerikanın İraqda yerləşən Əynuləsəd hərbi bazasını raket hücumları hədəfinə aldı.

Hərçənd Amerika prezidenti Donald Tramp iddia etdi ki, bu hücumda ölən və yaralanan olmayıb, amma Vaşinqton damla-damla amerikalı hərbçilərin yaralandıqlarını etiraf edir.

Bu istiqamətdə Amerikanın müdafiə nazirliyi- Pentaqon bundan öncə etiraf etmşdi ki, 50 Amerika hərbçisi İranın raket intiqamı və Əynuləsəd bazasına hücumunda baş və beyin nahiyələrindən ziyan çəkiblər.

Bu barədə Pentaqon tərəfindən yeni statistikanın yayılması göstərir ki, Trampın ilkin iddiasının əksinə olaraq, İranın raket hücumunda nəinki nəzərəçarpacaq sayda amerikalı hərbçi ziyan çəkib, həm də onlardan yaralananların sayı da çox ciddidir.

 

 

Teqlər