Çin prezidenti koronavirusun aradan qaldırılmasında irəliləyişdən xəbər veri
Fev 13, 2020 09:11 Asia/Baku
Çin prezidenti bildirib ki, ölkəsi koronavirusun aradan qaldırılması sahəsində olduqca müsbət irəliləyişlərə nail olubdur.
Si Tsinpin dünən Pekində Çinin yüksək vəzifəli rəsmilərilə iclasda sonra belə deyib: 2020-ci ilin iqtisadi və ictimai inkişaf hədəfləri həyata keçməlidir və koronavirus böhranının Çinin iqtisadi və ictimai inkişafını dayandırmasına icazə verməməliyik.
Si Tsinpin vurğulayıb ki, xəstəliyin cəmiyyətə və xalqa təsirləri minimum həddə endirilməlidir. O, ölkənin bütün rəsmilərindən istəyibdir ki, sosial şəraitin yaxşılaşması üçün əllərindən gələni etsinlər.