Senatorların Trampın savaş ixtiyarlarına qarşı ilkin layihəyə səsi
ABŞ senatının demokratları və bir qrup respublikaçı üzvü bu ölkə prezidentinin İrana qarşı müharibə ixtiyarlarının məhdudlaşdırılması üzrə ilkin layihənin lehinə səs veriblər.
Demokratlar və səkkiz respublikaçı senator dünən bu ölkənin prezidenti Donald Trampın xahişinin əksinə olaraq, bu layihənin ilkin mətninin lehinə səs veriblər.
Senatda ilkin layihə yerli vaxtla çərşənbə günü 45 əleyhinə səs qarşılığında 51 lehinə səslə qəbul olunub. Bu gün onun barəsində yekun səsvermə həyata keçiriləcək.
Tramp bir mesajda yazıb: Bu çox mühümdür ki, Amerika senatı ölkənin təhlükəsizliyinə görə, İrana qarşı hərbi ixityarlar qətnaməsinə səs verməsin, çünki hazırda zəiflik göstərməyin vaxtı deyildir.
Amerika prezidenti sonra yazıb ki, onun əlləri bağlanarsa, İranın yaxşı vəziyyətə malik olmuş olacaq və bu qətnamə çox pis siqnal ötürür.
Trampın iddiasına görə, demokratlar bu işi yalnız respublikaçıları xəcalətli etmək üçün edirlər.
ABŞ konqresinin nümayəndələr palatası yanvarın 30-da Tramp hökumətinin İrana qarşı hərbi hərəkət üçün federal fondlardan istifadəsinin qadağanı barədə qətnamə layihəsini qəbul etdi.
Nümayəndələr Palatası Trampın İrana qarşı hərbi hərəkətləri büdcəsini bağlamaqdan əlavə, 166 əleyhinə səs qarşılığında 236 lehinə səslə, yəni böyük əksəriyyətlə İraqa qarşı hərbi addım üçün 2002-ci ildə qəbul olunmuş hərbi icazəni ləğv etdi. Tramp İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin terror edilməsini əsaslandırmaq üçün məhz həmin icazədən istifadə etmişdi.