Venesuelada anti-ABŞ hərbi təlimlərinə start verilib
Fev 16, 2020 14:43 Asia/Baku
Venesuelanın ordu və xalq qüvvələri Vaşinqton və onun müttəfiqlərinin təhdidləri fonunda bu təhdidlərə qarşı birgə təlimlərə start veriblər.
"Associated Press"ın bazar günü fevralın 16-da verdiyi məlumata görə, Venesuelanın hökumətyönlü ordu və xalq qüvvələri bu təlimləri ölkənin sərhəd bölgələri, sahilləri və müxtəlif şəhərlərində keçirərək, öz döyüş qabiliyyətlərini nümayiş etdiriblər.
Venesuela prezidenti Nikolas Maduro bu iki günlük təlimlərin keçirilməsində məqsədin ABŞ və onun regional müttəfiqləri, o cümlədən Kolumbiyanın terror hücumları ilə mübarizə olduğunu bildirib.
ABŞ prezidenti Donld Tramp dəfələrlə Venesuelanın seçkilər yolu ilə seçilmiş və qanuni hökumətini hərbi müdaxilə ilə hədələyib.