Fev 19, 2020 13:39 Asia/Baku
  • Berni Senders Trampın Səudiyyə rejiminə dəstəyini kəskin qınayıb
    Berni Senders Trampın Səudiyyə rejiminə dəstəyini kəskin qınayıb

Vermont ştatının senatoru və Demokrat Partiyasından öndə gedən namizəd, ABŞ prezidentinin Səudiyyə rejimi və İsraili sonsuz himayə etməsini kəskin qınayıb.

İRİB-in verdiyi məlumata görə, Vermont ştatının senatoru və Demokrat Partiyasından öndə gedən namizəd Berni Senders deyib: Prezident Donald Tramp konstitusiyanı görməməzliyə vurur və bu vəhşi diktaturaya(Səudiyyə rejimi) mülki əhalini bombardıman etməkdə yardımçı olur. 

Senders öz tvitter hesabında yazıb: Tramp Amerikanı müharibələrdən uzaqlaşdırmaq istədiyini söylədi amma o yalan dedi. 

Vermont ştatının senatoru yazıb: Səudiyyə Ərəbistanının Yəmənə qarşı qeyri-qanuni dəstəyinə son qoymaq üçün iki partiyalı layihə qəbul etdik amma Tramp bu layihəyə veto qoydu. 

Berni sendersin yazdığına görə, yaxın şərqdə (Asiyanın qərbində) sülh tərəfdarı olmaq heç də İsraildə iqtidarda olan rasist və ifratçı sağçı hökumətə dəstək vermək anlamına gəlməz. 

Senders yazıb: Qəzzədə baş verən hadisələri nəzərdət keçirin; əhali bölgəni tərk etməyə belə qadir deyil.

Donald Tramp siyasi fəallar və müstəqil siyasətçilərin etirazlarına baxmayaraq Səudiyyə rejiminə dəstəyini davam etdirir. 

Amerika prezidenti həmçinin irqçi "əsrin sövdələşməsi" planını təqdim etməklə sionist rejimin fələstinlilərə qarşı cinayətlərini dəstəkləyib. 

B.SENDERS TRAMPIN SƏUDİYYƏ REJİMİNƏ DƏSTƏYİNİ KƏSKİN QINAYIB

Teqlər