Koronavirusun aradan götürülməsi üzrə Çin-ASEAN fövqəladə iclası
Fev 20, 2020 20:40 Asia/Baku
Çin və Cənub-Şərqi Asiya Birliyi ölkələri-ASEAN Laosda təhlükəli koronavirusun yayılması ilə mübarizə üçün fövqəladə iclas keçiriblər.
Çinin xarici işlər naziri "Van İ" bu gün bu iclasda həmin birliyin başçılarına deyib ki, koronavirus barədə informasiya sahəsində onlarla yaxından həmkarlıq edəcək.
Çinin xarici işlər naziri sonra deyib ki, ölkəsi koronavirusun aradan götürülməsi üçün böyük səylər göstərib və indi adi humanitar mübadilələr, əlaqələr və ticarət mübadilələrinin bərpa edilməsinin vaxtı gəlib çatıbdır.
"Van İ" etiraf edib ki, koronavirusun yayılması Çin iqtisadiyyatına təsir göstərib, amma bu təsirlər müvəqqəti və məhduddur.