Fev 21, 2020 21:27 Asia/Baku
  • Putin Suriyada terrorçuların məhv edilməsini vurğuladı
    Putin Suriyada terrorçuların məhv edilməsini vurğuladı

Rusiya prezidenti Suriyada terrorçulara qarşı mübarizə, onları aradan qaldırmaq və bu ölkənin suverenliyinə hörmətin vacibliyini vurğulayıb.

İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin ilə Fransa prezidenti Emmanuel Makron və Almaniyanın Kansleri Angela Merkel arasında Suriya məsələsilə əlaqədar telefon danşışğı olub. Bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

Məlumatda deyilir: " Baş tutan bu telefon söhbətində Suriyanın şimal-qərbində yerləşən İdlib bölgəsində terrorçu qruplaşmaların Suriya ordusuna qarşı düşmənçilik və ifratçı hərəkətləri nəticəsində yaranan acınacaqlı vəziyyətə diqqət yetirilib və üç ölkə bu durumun suriyalı mülki əhaliyə mənfi təsirlərinin qarşısının alınmasının vacibliyini vurğulayıblar".

Suriya ordusunun bu ölkədə terrorçuların son düşərgəsi olan İdlib vilayətini Türkiyənin terrorçulara dəstək verməsinə rəğmən onlardan təmizləmək əməliyyatı davam edir.

Teqlər