Tramp bir daha ABŞ-ın İraq və Suriyanın neftinə tamahkarlığını etiraf edib
Amerika prezidenti bir daha etiraf edib ki, İŞİD-lə mübarizədə regionun neftinin ardıncadır.
Donald Tramp Las-Veqas şəhərində seçki kampaniyası ilə bağlı tərəfdarları qarşısındakı çıxışında deyib: Biz Suriyada İŞİD-i məhv etdik. Əlbəttə, neft bölməsini saxladıq və qüvvələrin bir hissəsi neft ehtiyatlarını qorumaq üçün bu ölkədə qalacaqdır.
Tramp sonra deyib: Biz İraqda da bu işi görməli və iri məbləğdə pul qazanmalı idik.
Tramp son aylar dəfələrlə İraq və Suriyanın neftinə malik olmağın önəmi haqda danışıbdır.
Son zamanlar süni peyk informasiyaları göstərdi ki, ABŞ ordusunun xüsusi podratçıları Mərkəzi Kəşfiyyat İdarəsinin və silahlı qüvvələrin həmkarlıqları ilə 300 milyon dollar dəyərində Suriya neftini bu ölkədən çıxarmaqdadırlar.
Tramp bir müsahibədə “Foks Nyus”a da belə deyib: Biz İraq neftindən özümüzə 15 trilyon dollar və bəlkə də ondan çox neft götürəcəyik.